Xəbərlər 01.05.2024 23:26 1746

QHT sədri Azərbaycanda işçilərin hüquqlarından yazır

1 May dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 80-dən artıq ölkəsində ictimai bayram kimi, 100-ə  yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.

XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə yarandı. "Azad düşüncə – 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı. Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar.

Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi. Bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15–16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir.

Əmək qanunvericiliyi beynəlxalq normalara söykənir. Onun ilkin müddəaları Azərbaycan Respublikasının Konstitusiyasında təsbitini tapmışdır. Əmək münasibətlərini və onlarla, bilavasitə bağlı olan digər münasibətləri tənzimləyən əsas normativ-hüquqi akt qismində bu hüquq sahəsinin məcəllələşdirilmiş aktı olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra qısaca olaraq AR ƏM) çıxış edir. AR ƏM-in 1 fevral 1999-cu ildə qəbul edilməsi və həmin ilin iyulun 1-dən qüvvəyə minməsi əmək qanunvericiliyinin inkişafında mühüm mərhələ olmuşdur.

Əmək Məcəlləsi əmək münasibətlərinin çoxşaxəli və mürəkkəb xarakteri əmək münasibətinin müxtəlif elementlərinə tətbiqən və işçilərin ayrı-ayrı kateqoriyalarının (qadınlar, yaşı 18-dən az olan şəxslər, əlillər, zərərli və ağır işlərdə çalışan şəxslər və s.) əməyinin xarakteri, məzmunu, şəraiti nəzərə alınmaqla leqallaşdırılmasını və konkretləşdirilməsini tələb edir.

Əmək Məcəlləsinin 3-cü maddəsinə  əsasən, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Göründüyü kimi, işçinin faktiki olaraq hər hansı bir işəgötürənlə əmək münasibəti olmasına baxmayaraq, o, qeyri-formal formada çalışırsa və ya mülki-hüquqi müqavilə əsasında çalışırsa, bu halda o, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi hesab edilmədiyi üçün əmək qanunvericiliyi üzrə müəyyən olunmuş hüquqlar ona şamil edilmir. Əmək müqaviləsi əsasında çalışan işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Lakin əmək müqaviləsi bağlanmadığı halda, işçinin gəliri hər hansı bir minimum hədlə məhdudlaşmır və ona minimum əməkhaqqından az ödəniş də edilə bilər.

 

 

Fariz Əkbərov

Hüquqi - Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı