Xəbərlər 01.05.2024 21:34 1414

QHT sədri dünyada qeyd olunan 1 may beynəlxalq bayramından, işçilərin hüquqlarından danışdı

1 may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Hazırda 1 may dünyanın 67 ölkəsində işçi bayramı günü kimi qeyd edilir. 1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.

Bəs işəgötürənlər və hökumətlər işçilərin sağlamlığı və təhlükəsizliyini yaxşılaşdırmaq üçün nə etməlidirlər? Bu gün dünyada işçilərin hüquqları ilə bağlı ən böyük problemlər hansılardır?

Bu barədə QHT.az –a açıqlama verən Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildrib ki, 1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər, həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi: “1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı. Beləliklə, bu hərəkat özünün güc ifadəsini İşçilərin Beynəlmiləl Konqresi ilə tapdı. Sözü gedən Konqresə 400 nümayəndə toplanmışdı. Öncə 8 saatlıq iş günü tələbi haqda qərar verildi. Bu bayramın əsas hədəfi məhz əmək münasibətlərinin və hüquqların qarşılıqlı olaraq qorunmasıdır. Əmək müqavilələri, əmək hüquqlarının qorunması və 8 saatlıq iş rejiminin tətbiqi demək olar ki, dünyanın sivil ölkələrində artıq konstitusion tələbdir. Bu baxımdan 1 may bayramını əmək bayramı kimi qəbul edilməsində hər hansı problem yoxdur. Sadəcə sovet kommunist ideologiyası bu bayrama ideoloji yön verdiyinə görə keçmiş SSRI dövlətlərinin əksəriyyəti bu bayramdan imtina etdi”.

İlqar Hüseynli həmçinin bildirib ki, bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsi də əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü, işçilərin təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15-16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı mübarizəni ehtiva edir: “Işəgötürənlərlə işçilər arasında əsas fundamental problemlər də bundan ibarətdir. Hər bir işçi və işəgötürən mövcud əmək müqavilələrinin tələblərinə diqqətlə əməl etməlidir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı