Xəbərlər 01.05.2024 18:22 1078

Rektor UNEC -in 1974-cü ildə məzun olmuş tələbələrilə görüşüb - FOTOLAR

"Bu gün Azərbaycan Dövlət İqtisad Universitetindən 1974-cü ildə məzun olmuş 964-cü qrup tələbələri ilə UNEC-də görüşdük. UNEC-də görülmüş işlər və gələcək planlarımız haqqında məlumat verdim və məzun olduqları universiteti unutmadıqlarına, göstərdikləri diqqətə görə təşəkkür etdim. Bir daha 964-cü qrup tələbələrini məzun olmaqlarının 50 illik münasibətilə təbrik edir, hər birinə uğurlar arzu edirəm".

QHT.az xəbər verir ki, bu sözləri UNEC rektoru, professor Ədalət Muradov bildirib.

UNEC rektoru, məzun olduğu universiteti unutmayan tələbələrlə gurur duyduğunu vurğulayaraq, onlara göstərdikləri diqqətə görə təşəkkür edib.

Qeyd edək ki, bu, tələbələrin əlaqələrinin və universitetdəki təhsil dövründə qazandıqları dəyərlərin daimi olduğunu və hörmətə layiq olduğunu göstərmək üçün bir addımdı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı