Xəbərlər 01.05.2024 16:30 1154

Gürcüstanda etirazçılara qarşı güc tətbiqi 

Gürcüstanın Xüsusi İstintaq Xidməti Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı dinc etiraz aksiyası iştirakçılarına qarşı həddən artıq güc tətbiq edilməsi əsasında rəsmi səlahiyyətlərdən sui-istifadə halları ilə bağlı araşdırma aparır.

QHT.az xəbər verir ki, quruma baş vermiş hadisələrlə bağlı “qaynar xətt” vasitəsilə müvəqqəti saxlama təcridxanalarından və Xalq Müdafiəçisinin Aparatından məlumat daxil olur, həmçinin istintaq hərəkətləri həyata keçirilir. Gürcüstan parlamentinin binası yaxınlığında nümayişçiləri dağıtmaq üçün çevik qüvvət polisi gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, lakin etirazçılar Rustaveli prospektini tərk etməkdən imtina ediblər.

Ötən gecə Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna qarşı etiraz aksiyasında iştirak edən azı on nəfərə bibər qazı vurublar. Xatırladaq ki, Gürcüstan parlamentinin Hüquq Komitəsi aprelin 29-da qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Onun Gürcüstan parlamentinin plenar iclasında müzakirəsi daha bir neçə gün davam edə bilər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı