Xəbərlər 01.05.2024 15:22 1022

Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsinin endirilməsinə qərar verdi

"Mərkəzi Bank uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlayıb. Qərar sabahdan qüvvəyə minəcək".

QHT.az xəbər verir ki, bu fikirləri Millət vəkili Vüqar Bayramov məlumat verib. O, qeyd edib ki, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır. 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ildə də eyni yanaşma davam etdirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı