Xəbərlər 01.05.2024 10:33 1213

BMTİP Azərbaycan Ölkə Ofisi Özbəkistan Respublikasının İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə nümayəndə heyətini qəbul edir - FOTOLAR

BMTİP Azərbaycan Ölkə Ofisi Özbəkistan Respublikasının İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə nümayəndə heyətini təhsil turu çərçivəsində qəbul edib.

QHT.az xəbər verir ki, səfər ərzində Özbəkistandan olan müxtəlif aidiyyatı dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən və BMTİP-nin həyata keçirdiyi Milli Uyğunlaşma Planı (NAP) layihəsi çərçivəsində iqlimə uyğunlaşma tədbirləri ilə bağlı anlayışları təkmilləşdirmək və Azərbaycan kontekstində müvafiq təcrübələri öyrənmək məqsədilə görüşlər keçirib. Turun birinci hissəsi iki ölkə arasında təcrübə mübadiləsini və əməkdaşlığı gücləndirmək üçün müvafiq dövlət qurumları ilə bir sıra görüşləri əhatə edib.

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Roccasalvo iqlim dəyişikliyi ilə bağlı ümumi problemlərin həllində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu təhsil turu iqlimə uyğunlaşma strategiyaları üzrə regional əməkdaşlıqda mühüm mərhələdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı