Xəbərlər 01.05.2024 10:09 1484

V "Raquf Orucov Kuboku" turniri keçirilib - FOTOLAR

Bakı İdmana Sarayında Qarabağda böyük zəfərimizin başlanğıcı olan aprel döyüşlərinin qəhrəmanlarından biri əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilən 20 yaşadək cüdoçular arasında (U-20) ənənəvi V "Raquf Orucov Kuboku" klublararası beynəlxalq cüdo turniri keçirilib. 

QHT.az xəbər verir ki, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirin açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançılar iştirak ediblər. "Raquf Orucov Kuboku" turnirinin 2017-ci ildən "Azman Holdinq"in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirilir.

Kəşfiyyatçı Raquf Orucovun xanımı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Sevinc Orucova ənənəvi turnirin “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirildiyini diqqətə çatdıraraq təşkilatçılara minnətdarlığını bildirib. Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını deyən Sevinc xanım şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq üçün belə yarışların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı