Xəbərlər 01.05.2024 10:02 1085

Qəhrəman şəhidimiz Ayxan Qədimovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ayxan Qədimov 1999-cu il aprelin 30-da Şəmkir rayonunun Morul kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimiz 30 noyabr tarixində anadan olduğu Şəmkir rayonunun Morul kəndində dəfn olunub.

Ayxan Qədimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı