Xəbərlər 01.05.2024 09:35 2228

AzTU-dan Naridə Zülfüqarova "Heydər Əliyevin 100 İlliyi" Yubiley Medalı ilə təltif edilib - FOTOLAR

Azərbaycan Texniki Universitetin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının baş müəllimi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin müəllimi, ABADA-da təlimçi müəllim Naridə Zülfüqarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

QHT.az xəbər verir ki, Yubiley medalı aprelin 30-u Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil sektorunda mühüm xidmətlərinə görə təhsil işçilərini “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edib. Bu xüsusi medal- Azərbaycan Respublikasının yubiley medalı 11 aprel 2023-cü ildə təsis edilib. Azərbaycanın ən ali medalı Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə verilir.

Prezident Əliyevin tapşırığına əsasən keçirilən bu təltifetmə mərasimində Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil işçilərinin Heydər Əliyev ideyalarına uyğun olaraq ölkə təhsil sisteminə verdiyi töhfələr yüksək qiymətləndirilib. Nazir Azərbaycanın tərəqqi və inkişafında təhsilin əsas rol oynadığını vurğulayıb və təhsil işçilərinin fədakar əməyini yüksək qiymətləndirildiyini bildirib. O, həmçinin təhsil işçilərinə minnətdarlığını bildirib, ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurların Heydər Əliyevin uzaqgörənliyinin və liderliyinin nəticəsi olduğunu vurğulayıb.

Təltif olunan təhsil işçiləri Cənab Prezidentə bu təltifə görə təşəkkür ediblər.

Qeyd edək ki, bu xüsusi medal təhsil işçilərinin uzunmüddətli xidmətlərinə, eləcə də Azərbaycanın təhsil sisteminə verdiyi töhfələrə və tələbələrə təqdim etdikləri ruhlandırıcı təhsil mühitinə görə təşəkkürdür. Azərbaycan Respublikasının təhsil tərəqqisi və uğurları ölkənin gələcəyinə inamın təzahürü kimi qiymətləndirilir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı