Xəbərlər 30.04.2024 10:40 1151

FHN Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin nümayəndələri Braziliya Federativ Respublikasının Belu-Orizonti şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupu (INSARAG) tərəfindən təşkil olunmuş Beynəlxalq Axtarış-xilasetmə Dəstə Komandirlərinin görüşündə iştirak edib.

 

Görüşdə INSARAG Katibliyinin təqdim etdiyi cari il üzrə yeniliklər və gələcək planlar barədə məlumat verilib, 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı beynəlxalq dəstələrin fəaliyyəti müzakirə olunub, əldə olunmuş təcrübələr bölüşülb, qurumun təlimatlarının daha da təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Sonra İşçi qruplarında - INSARAG Xarici Klassifikasiya/Reklassifikasiya, INSARAG Təlimatı, İnformasiyanın İdarəedilməsi, Milli Bacarıqların Qurulması, Tibb üzrə İşçi qruplarında da zəruri müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

Tədbirin sonunda İşçi Qruplarında aparılmış müzakirələrin nəticələrinə dair təqdimatlar izlənilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı