Xəbərlər 30.04.2024 08:36 1932

QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı: Naxçıvanda İctimai Birliklər bir araya gəldi - RƏYLƏR

Naxçıvan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başlayıb. Proqramda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 50-yə yaxın QHT-dən təmsilçilər iştirak edir.  

QHT.az xəbər verir ki, belə proqramlar QHT-lərin fəaliyyətinin inkişafını dəstəkləyir və bu təşkilatların daha effektiv və fəal olmasına töhfə verir. Təmsilçilərin bir araya gəlməsi, onların mövcud problemləri müzakirə etmələri, uğurlu təcrübələri paylaşmaları və yenilikçi fikirləri müzakirə etmələri üçün əla bir imkan yaradır. Həmçinin, bu cür proqramlar təşkilatların daha geniş məqsədləri və strateji planlarını müzakirə etmələrini təmin edir. QHT-lər, fərqli sahələrdə fəaliyyət göstərən və fərqli problemlərlə üzləşən təşkilatlar olduğundan, onların bir araya gəlməsi və fikirlərini paylaşması, bir-birilərindən öyrənmələri və bir-birilərinə dəstək olmaları mühüm rol oynayır.

Aşağıdakı QHT nümayəndələrinin fikirlərini təqdim edirik:

 

“Ehtiyatda və istefada olan hərbi qulluqçuların NMR təşkilatı” İB-nin sədri Mir Sucayət Seyidov

 

 

Naxçıvan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyinin sədr müavini Səkinə Əsgərova

 

 

“Estafet” Gənclərin İctimai Birliyinin üzvü Fatimə Yusifli

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı